AZ

Çempionlar Liqasında sonuncu tur həyacanı: "Siti" mübarizəni erkən başa vuracaq?

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu - 8-ci turun görüşləri keçiriləcək.

Publika.az xəbər verir ki, bütün qarşılaşmalar reqlamentə uyğun olaraq eyni gündə və eyni saatda keçiriləcək.

Gecənin maraqla gözlənilən qarşılaşması İngiltərədə baş tutacaq. Mövsümün əvvəlində turnirin favoritlərindən hesab edilən "Manşester Siti" mübarizəni erkən başa vurmaq təhlükəsi ilə üz-üzədir. Son zamanlar uğursuz çıxış edən "şəhərlilər" doğma divarlar arasında "Brügge" ilə qarşılaşacaq. Pep Qvardiolanın komandası yalnız qələbə qazanacağı halda turnirdə yoluna davam edə biləcək.

Paralel keçiriləcək "Ştuttqart" - PSJ matçı da diqqət mərkəzindədir. Almaniya təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanmaq üçün Fransa nəhənginə qalib gəlməlidir. Digər nəticələr isə parisliləri sözügedən mərhələyə daşıyacaq.

UEFA Çempionlar Liqası, 8-ci tur
29 dekabr
00:00 Barselona – Atalanta
00:00 İnter - Monako
00:00 Ştutqart - PSJ
00:00 Yuventus – Benfika
00:00 PSV – Liverpul
00:00 Mançester Siti - Brügge
00:00 Brest – Real
00:00 Bayer Leverkuzen – Sparta
00:00 Borussiya (Dortmund) - Şaxtyor (Donetsk)
00:00 Bayern - Slovan
00:00. Zalsburq - Atletiko
00:00 Jirona – Arsenal
00:00.Aston Villa – Seltik
00:00 Sportinq – Bolonya
00:00 Dinamo (Zaqreb) ­– Milan
00:00 Şturm – Leypsiq
00:00 Lill – Feynoord
00:00 Yanq Boyz – Srvena Zvezda

Seçilən
4
50
publika.az

10Mənbələr