Türkiyənin Şanlıurfa şəhərində dəhşətli qətl hadisəsi baş verib.
7News.Az Türkyə mətbuatına istinadən xəbər verir ki, Serap Yamacan qızları İsmət Ada (14) və Nida Yamaca (8) yaşadıqları mənzildə öldürərək intihar eedib.
Hadisə ilə bağlı təfərrüatlar məlum olub.
Yamacanın qızlarından İsmət Adanı kürəyindən silahla vurduğu və digər qızı Nidanın isə damarına dərman vurduğu aşkrlanıb.
Bildirilib ki, əri İsmail Yamaca ilə uzun müddətdir ciddi fikir ayrılıqları yaşayan və ailələrinə xəbər vermədən boşanan Serap Yamaca hadisə baş verən gün qardaşına zəng edərək qızıllarını qonşusuna əmanət etdiyini deyib.