AZ

Cənubi Koreyada sərnişin təyyarəsində yanğın baş verib

 

Cənubi Koreyada Gimhae Hava Limanındakı bir sərnişin təyyarəsində baş verən yanğında yaralananların sayı 7-yə yüksəldi.

“Yonhap” agentliyinin xəbərinə görə, dünən Pusandakı hava limanından Honq Konqa gedəcək olan "Air Busan" təyyarəsinin quyruq hissəsində qalxış öncəsində yanğın baş verib. Səlahiyyətlilər yanğında yaralananların sayının 7-yə yüksəldiyini açıqlayıblar. Yaralıların 4-nün tüstüdən təsirlənən heyət üzvləri, 3-nün isə bel ağrısından şikayət edən sərnişinlər olduğu bildirildi.

Yanğınsöndürmə idarəsinin rəsmiləri qəza səbəbindən təyyarədə olan 169 sərnişin və 7 heyət üzvünün şişirdilən sürüşkənlərlə təxliyə edildiyini bildirmişdi.

Digər tərəfdən, Cənubi Koreyada dövlət başçısını əvəz edən Baş nazirin müavini və Maliyyə naziri Çoy Sanq Mok hadisənin araşdırılması göstərişini verib.



Seçilən
11
trt.net.tr

1Mənbələr