AZ

Qiyamət günü saatı irəli çəkildi: Kremldən açıqlama

Qiyamət günü saatının əqrəbinin nüvə gecə yarısına yaxınlaşması dünyada gərginlik ab-havasını əks etdirir və bu cür narahatlıqların səbəbləri var.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bunu Qərb etmir, bəzi elm adamları, bəzi elmi təşkilatlar edir. Bu, onların dünyada mövcud olan gərginlik atmosferinə baxışıdır. Atmosfer həqiqətən də son dərəcə gərgindir və dünyada qaynar münaqişələrin sayı çoxdur. Ona görə də təbii ki, narahatlıq üçün əsaslar var”, - Peskov bildirib.

Qeyd edək ki, alimlər Qiyamət günü saatının əqrəbini nüvə gecə yarısına bir saniyə yaxınlaşdırıblar. Bununla da nüvə gecə yarısına 89 saniyə qalıb.

Seçilən
8
axar.az

1Mənbələr