Rospotrebnadzor Hindistandan gələn naməlum xəstəliklə bağlı narahatlığını bildirib.
“Medicina” xəbər verir ki, Hindistandan gələn naməlum xəstəliklə bağlı vəziyyət İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) nəzarəti altındadır.
Qurumun izah etdiyi kimi, rusların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görən ixtisaslı mütəxəssislər heyəti var.
"Hər bir yoluxucu xəstəlik şübhəsi ilə bağlı məlumat dərhal Rospotrebnadzor-a göndərilir".
Bildirilir ki, Hindistanda 40-a yaxın vətəndaş xəstələnib, 17 nəfər xəstəlikdən dünyasını dəyişib - onların hamısı üç ailənin üzvü olub.
Naməlum xəstəliyin simptomları arasında qızdırma, ürəkbulanma və halsızlıqqeyd edilir.Ölənlərdə beynin ödemi baş verir.
Aygün M
medicina.az