AZ

"Barak Obama və Cennifer Eniston sevgilidir" iddiası ABŞ-ı qarışdırır

Keçmiş prezident Barak Obama ilə məşhur aktrisa Cennifer Eniston arasında eşq iddiaları ABŞ-ın gündəminə bomba kimi düşüb. Keçmiş prezidentin həyat yoldaşı Mişel Obama ilə birlikdə iki tədbirə qatılmaması söz-söhbətləri artırıb. Obama məsələ ilə bağlı açıqlama verməsə də, Cennifer Eniston iddiaları açıq şəkildə rədd edib.

Sherg.az xəbər verir ki, Barak Obamanın həyat yoldaşı Mişel Obamanın həm ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin dəfn mərasiminə, həm də ölkənin yeni prezidenti Donald Trampın andiçmə mərasiminə qatılmaması cütlüyün münasibətlərində problemlər olduğuna dair söz-söhbətlərə səbəb olub.

“The Daily Beast”in yazdığına görə, mənbələr Mişel Obamanın bu iki tədbirə qatılmamasının müxtəlif səbəbləri olduğunu bildirib və boşanmanın qaçılmaz olduğunu irəli sürüblər.

Jurnalist Jessica Reed Kraus yanvarın 15-də qeydə aldığı bir yazıda Cennifer Enistonun adının aylardır Barak Obama ilə birlikdə hallandırılmasını bildirib.

Cennifer Eniston bu iddialardan sonra açıqlama verib və dedi-qodulara "Bu, qətiyyən doğru deyil. Obama ilə bir dəfə görüşmüşəm. Mişeli ondan daha yaxşı tanıyıram" deyərək cavab verib. 

Bu, Barak Obama və Cennifer Eniston haqqında ilk dəfə deyil ki, tabloidlərdə xatırlanır. 2024-cü ildə "InTouch" jurnalı cütlüyün romantik münasibətdə olduqlarını iddia edən "Cen və Barak haqqında həqiqət" adlı örtük hekayəsini dərc edib. Lakin ikili ittihamları rədd edib.

İnkar edilən romantik söz-söhbətlərə baxmayaraq, bu dəfə Barak Obama ilə Mişel Obama arasında evlilik mübahisəsi ilə bağlı fərziyyələr səslənir.
Seçilən
18
sherg.az

1Mənbələr