Cənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.
İçərisində 21 sərnişin və ekipaj üzvü olan təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Qəza nəticəsində 3 nəfər isə ağır yaralanıb. Ölənlər arasında pilot və köməkçisi də var.
Qəzanın baş vermə səbəbi açıqlanmayıb.