AZ

İşğaldan azad edilən torpaqlar iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır - Ceyhun Bayramov

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, torpaqların işğaldan azad edilməsi daha geniş coğrafiyada iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır.

Day.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Məhz həmin bölgə vasitəsilə Şərq-Qərb Orta Dəhlizinin yeni arteriyasının salınması hazırda həyata keçirilir. Bunun çox böyük perspektivini görürük", - deyə C.Bayramov bildirib.

Xəbər yenilənəcək

Seçilən
9
day.az

1Mənbələr