Misli Premyer Liqasında ən çox tərəqqi vəd edən komandalar bəlli olub.
İdman.biz xəbər verir ki, CİES dünyanın ən güclü 42 liqası ilə bağlı hesabat təqdim edib.
Azərbaycan çempionatının da yer aldığı siyahıda hər bir klubun mövsümün arxada qalan hissəsindəki orta xal sayı, həmçinin qarşıdakı turlarda onlardan gözlənilənlər əksini tapıb. Cədvəl ən çox artıma mail olmaq üzrə sıralanıb.
CİES Azərbaycanda ən böyük inkişafı “Sabah”dan gözləyir. Bakı klubu ilk 20 turda orta hesabla 1,40 xal (cəmi 28) toplayıb. Paytaxt təmsilçisinin qarşıdakı 16 turda orta hesabla 1,86 xal qazanacağı proqnozlaşdırılır.
“Neftçi” bu baxımdan ikincidirsə, “Turan Tovuz” üçüncüdür. Ekspertlər “Səbail”lə “Araz-Naxçıvan”a güvənmir.
Klub | 20 turdakı | Qarşıdakı turlar | Fərq |
Sabah | 1,40 | 1,86 | +0,46 |
Neftçi | 0,90 | 1,01 | +0,11 |
Turan Tovuz | 1,75 | 1,85 | +0,10 |
Qarabağ | 2,50 | 2,57 | +0,07 |
Şamaxı | 0,85 | 0,84 | -0,01 |
Sumqayıt | 1,05 | 1,03 | -0,02 |
Kəpəz | 0,70 | 0,61 | -0,09 |
Zirə | 1,80 | 1,64 | -0,16 |
Araz-Naxçıvan | 2,10 | 1,90 | -0,20 |
Səbail | 0,75 | 0,54 | -0,21 |
İdman.biz