AZ

''Borussiya'' türkiyəli futbolçunu geri çağırdı

Çempionlar Liqasının son finalçısı statusunda olmasına baxmayaraq zəif mövsüm keçirən Dortmund ''Borussiya''sı türkiyəli futbolçunu geri çağırmaq qərarına gəlib.

''Football-plus.az'' az xəbər verir ki, söhbət Salih Özcandan gedir. ''Arılar'' mövsümün əvvəlində yay transfer dönəminin son günündə bu yarımmüdafiəçini ''Volfsburq''a birillik icarəyə vermişdi. Amma rəhbərlik həm komandada yaşanan çoxsaylı zədələr, həm də uğursuz nəticələr üzündən 27 yaşlı futbolçunu geri çağırmaq qərarına gəlib. ''Borussiya''da ən son Feliks Nmeça zədələnərək bir neçə həftəliyə sıradan çıxıb. Bu üzdən qışda yeni transferlərə pul xərcləmək istəməyən komanda çıxış yolunu öz futbolçusunu geri çağırmaqda görüb. Türkiyə yığmasının üzvü olan Salih bu gündən etibarən ''Borussiya'' ilə məşqlərə başlayıb. Onun həftəsonu ''Haydenhaym'' qarşı oyunda adının iştirak ərizəsinə salınacağı gözlənilir.

''Borussiya'' ilə 2026-ya qədər müqaviləsi olan Özcan ilk dövrədə ''Volfsburq''da cəmi 3-ü start heyətində olmaqla 14 rəsmi oyunda forma geydi. Onun aktivində qol və ya məhsuldar ötürmə yoxdu. Xatırladaq ki, ''arılar'' Nuri Şahinlə yollarını ayırdıqdan sonra hələ də yeni məşqçi ilə anlaşmayıblar. Əsas namizəd kimi Niko Kovaç göstərilir. Amma danimarkalı Mayk Tullberq hələ də müvəqqəti olaraq baş məşqçi funksiyasını icra etməkdə davam edir.

ƏLİ

Seçilən
3
football-plus.az

1Mənbələr