AZ

İsrail ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaq planlarından narahatdır

İsrail Vaşinqtonun Amerika qoşunlarını Suriyadan çıxarmaq niyyətindən ciddi narahatdır. Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, Ağ Evin yüksək rütbəli rəsmiləri İsrail nümayəndələrinə ABŞ prezidenti Donald Trampın Suriya ərazisində qalan minlərlə amerikalı əsgərin çıxarılmasında maraqlı olduğunu açıqlayıblar. Kan qeyd edir ki, bu hərəkət xüsusilə “Suriyadakı kürd azlığına təsir edəcək”.

İsrailin müdafiə naziri İsrael Katz yanvarın 28-də Suriya tərəfdən Hermon dağının təpəsindəki ordu mövqeyinə səfəri zamanı bildirib ki, İsrail qoşunları Suriya ilə sərhəddəki bufer zonada və Suriyanın Hermon dağ silsiləsi hissəsində qeyri-müəyyən müddətə qalacaqlar. Öz növbəsində, İsrail Müdafiə Qüvvələri son həftələrdə Hermon dağının Suriya hissəsində İsrail əsgərlərinin orada olması üçün “müxtəlif hava şəraitinə tab gətirə bilən infrastruktur yaradılıb və avadanlıq yerləşdirilib”.

Ötən il dekabrın 8-də İsrail ordusu Suriya ilə sərhəddəki bufer zonada öz qüvvələrini yerləşdirdiyini elan edib və İsrail hərbçiləri müqavimətlə qarşılaşmadan Qolan təpələrində Hermon dağ silsiləsinin Suriya tərəfi üzərində nəzarəti bərqərar edib. Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun izah etdiyi kimi, bu hərəkətlər müdafiə xarakteri daşıyır və qonşu ölkədə baş verən hadisələrlə bağlı müvəqqəti tədbirdir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
2
2
oxumeni.az

3Mənbələr