Mərakeşin turizm naziri Fatma Zehra Ammur BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə paytaxt Rabatda Afrikada bir ilk olacaq turizm ofisi yaradılması ilə bağlı müqavilə imzalayıb.Turizm Nazirliyindən verilən yazılı açıqlamaya görə, Mərakeşin turizm naziri Ammur və UNWTO-nun baş katibi Pololikaşvili Mərakeşdə bir araya gəlib.Açıqlamada innovasiya və turizm investisiyalarını dəstəkləmək üçün paytaxt Rabatda UNWTO ofisinin açılacağına diqqət çəkilərək, Mərakeş ilə UNWTO arasında imzalanan müqavilənin iki tərəf arasında strateji tərəfdaşlıqda dönüş nöqtəsi olduğu vurğulanıb.Açılacaq ofisin Mərakeş turizm sektorunun müsbət inkişafına, eləcə də Afrika ölkələri ilə UNWTO-nun əməkdaşlığının artmasına yol açacağı bildirilib. UNWTO ofisinin dövlət və özəl sektorun maraqlı tərəfləri üçün bacarıqların artırılması kursları və seminarları təşkil ediləcəyi qeyd edilib. Bildirilib ki, ofis Afrika turizm sektorunu canlandırmaq məqsədi daşıyan bir sıra yenilikçi fəaliyyətlər təklif edəcək və həyata keçirmək kimi öhdəlik götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta