AZ

Azərbaycanlı futbolçuların keçmiş klubu bərpa olunur

Mahaçqalanın "Anji" klubu böyük futbola qayıdır.

İdman.biz xəbər verir ki, Dağıstan təmsilçisi yeni mövsümdən Rusiyanın 3-cü divizionunda mübarizə aparacaq.

1991-ci ildə yaradılan "Anji" 2013-cü ildə Rusiya çempionatının bürünc mükafatçısı, 2001 və 2013-cü illərdə ölkə kubokunun finalçısı olub, iki dəfə Avropa Liqasının 1/8 finalında oynayıb. 2022-ci ildə klub peşəkar statusunu itirib.

Qeyd edək ki, vaxtilə Azərbaycan millisində çıxış etmiş Emin Ağayev, Narvik Sirxayev, İqor Getman, Mahir Şükürov, Arif Əsədov, Tərlan Əhmədov, İbrahim Həsənbəyov, Ruslan Məcidov, Aleksandr Jidkov "Anji"nin şərəfini qoruyublar. 1994-cü ildə komandanın baş məşqçisi həmyerlimiz Əhməd Ələsgərov olub.

İdman.biz

Seçilən
3
idman.biz

1Mənbələr