AZ

ABŞ Ukraynaya hərbi yardımı dayandırır?

ABŞ

ABŞ Konqresinin Nümayəndələr Palatasının iki demokrat üzvü - Qreqori Miks və Lois Frankel dövlət katibi Marko Rubioya məktub göndərərək yazıblar ki, xarici yardımlar dayandırıldığı üçün insanların həyatı “risk altına” düşüb.

Reyting.az
-ın məlumatılna görə, konqresmenlər dövlət katibinin nəzərinə çatdırıblar ki, Konqres bu vəsaitlərin istifadəsinə icazə verib və bunun təyinatı üzrə xərclənməsini təmin etmək konstitusiya borcudur.

Qeyd edilir ki, əksər hərbi yardım proqramlarının dayandırılması əmri Ukraynaya da aiddir, üstəlik, sənəddə İsrail və Misirə də yardım nəzərdə tutulmur.

“Bu 90 günlük bağlanma düşmənlərimizə və rəqiblərimizə bir hədiyyədir və nəticələri insanlara birbaşa zərər verməkdən daha yüksəkdir. Bu, bizim ittifaqlarımızı, dünya üzrə aparıcı təcrübə və imkanlarımızı aşır və təhlükəsizliyimizi təhdid edir”,- bunu Bayden hökumətində USAİD üzrə rəsmi şəxs Atul Qavande bildirib.

Ancaq qəribədir ki, Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib ki, ABŞ-nın Ukraynaya hərbi yardımı əvvəllər qəbul edilmiş hərbi yardım paketləri çərçivəsində davam edir.

Xatırladaq ki, prezident Donald Tramp ABŞ-nın xarici ölkələrə bütün yardım proqramlarını 3 ay müddətinə - Trampın siyasət məqsədlərinə uyğun olub-olmadığı yoxlanılana qədər dayandırıb. Pentaqon isə əmin edir ki, Trampın beynəlxalq dəstəyi 90 gün müddətinə dayandırmaq əmri Ukraynaya hərbi yardım proqramlarına təsir etməyəcək.

E. KAMAL
Seçilən
8
reyting.az

1Mənbələr