AZ

Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalandı

Image

Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb. Üç ölkə Ankara Bəyannaməsində bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını açıq şəkildə dəstəklədiklərini təsdiqləyiblər.

Ankara Bəyannaməsində həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda minalardan təmizləmə işləri də daxil olmaqla yenidənqurma və bərpa səylərinə verdiyi töhfənin əhəmiyyəti bir daha vurğulanıb.

Üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı edən Türkiyə xariic işlər naziri Hakan Fidan qeyd edib ki, görüşdə müzakirə edilən mövzulardan biri də ticarətdəki əngəllərin mərhələli şəkildə aradan qaldırılması idi.

"Görüşün sonunda üç ölkə arasında Ankara Bəyannaməsi imzalanadı. Bu Bəyannamə ilə ticarət, investisiya, logistika sahəsində atılacaq addımları təsdiqlədik. İnfrastruktur layihələrinin sürətləndirilməsinə qərar verdik. Sözügedən bəyannamə ilə qarşıdakı illərdə izləyəcəyimiz yol xəritəsini aydınlaşdırdıq",- deyə H.Fidan əlavə edib.

Qeyd edək ki, bu gün Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.

TAHİR






Seçilən
5
40
baki-xeber.com

10Mənbələr