AZ

ABŞ-da vərəm epidemiyası - Ölənlər var



ABŞ-ın Kanzas şəhərində iki nəfərin ölümü ilə nəticələnən genişmiqyaslı vərəm epidemiyası baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə CNN ştatın Səhiyyə Departamentinə istinadən məlumat yayıb.

"Vərəm epidemiyası Kanzas Siti, Kanzas boyunca yayıldı, onlarla insanın yoluxmasına və azı iki nəfərin ölümünə səbəb oldu", - xəbərdə deyilir.

Bildirilib ki, ilk yoluxma halları hələ bir il əvvəl qeydə alınıb. O vaxtdan bəri təxminən 67 nəfər vərəmdən müalicə olunub. Həkimlər həmçinin 79 gizli daşıyıcı müəyyən ediblər.

Kanzas Səhiyyə Departamenti hesab edir ki, epidemiya davam etdikcə, yoluxma hallarının sayı arta bilər.

Lalə, BakuPost

Seçilən
8
2
bakupost.az

10Mənbələr