AZ

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində irəliləyişə nail olublar - Overçuk

Bakı. Trend:

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası vədemarkasiyası məsələsində irəliləyişə nail olublar.

Trend RusiyaKİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirininmüavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

O, azərbaycanlı və erməni həmkarları Şahin Mustafayev və MgerQriqoryan ilə birlikdə həmsədrlik etdiyi üçtərəfli işçi qrupununfəaliyyətini davam etdirib-etdirmədiyi barədə suala cavabındabildirib ki, “formal olaraq onu heç kim dayandırmayıb”.

“Biz vaxtaşırı bu mövzuda söhbətlər aparırıq, amma üç tərəfliformatda yox, necə deyərlər, təkbətək... Mənim həmkarlarımsərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaçərçivəsində mütəmadi olaraq görüşürlər. Orada böyük və yaxşıirəliləyişə nail olublar”, - deyə Overçuk bildirib.

Overçuk vurğulayıb ki, sərhədin bir hissəsi artıq delimitasiyavə demarkasiya olunub və tərəflər müvafiq məsələdə şimaldan cənuba- Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişmənöqtəsindən irəliləmək barədə razılığa gəliblər.

“Biz hər zaman bu cür təmasları və bu cür işi təqdir etmişik,çünki bu, sözsüz ki, regionda sabitliyə xidmət göstərəcək. Öztərəfimizdən biz də hər zaman bu prosesə dəstək olmağı təklifetmişik. Bu çox konstruktiv işdir”, - deyə o bildirib.

Seçilən
8
2
az.trend.az

3Mənbələr