Məsələn Bakıda fəaliyyət göstərən apteklərdən birinə nəzər salaq:
Tərkibində 27 maddəni birləşdirən tabletlərdən ibarət, qablaşdırılmış formada satılan vitaminin qiyməti 36 manatdır. Yaxud tərkibində sadəcə 3 maddəni əhatə edən 30 tabletlik vitaminin qiyməti 33 manatdır. Təbii ki, bu vitaminlərin tərkibləri zəngin olsa da, qiymətləri hər kəsin büdcəsinə uyğun olmur.
Bizim.Media-ya açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, tərkibində müxtəlif vitaminləri birləşdirən tabletlər multivitamin tabletləridir və onların qiymətlərinin yüksək olması bəzi amillərdən asılıdır:
“Müasir elmdə multivitaminlər meydana çıxıb. Tərkiblərinin qarışıqlığından, təyinatından asılı olaraq müxtəlif qiymətlərə olurlar. Məsələn 20 manata olan da var, 170 manata da...”.
Bəs, bu qiymətlər dünyada necədir?
Müsahibimiz vitamin tabletləri qəbul etmək əvəzinə qidalanmağa diqqət etməyi tövsiyyə edir.
“Dərman zavodunun olduğu ölkələrdə bu problem daha az olur. Ancaq ölkəmizdə bu maddələrin çoxu xaricdən alındığı üçün qiymətlər də gündən-günə dəyişir”.
“Vitaminlər maddələr mübadiləsinin düzgün getməsi üçün lazımdır. Əgər düzgün qidalansaq, vitaminləri ehtiva edən yeməkləri yesək, bədənimizi bu vitaminlərlə təmin edə bilərik. Vitaminləri dərman kimi qəbul etmək isə xəstəlikdən asılı olur”.
Aydın Əliyev açıqlamasında vitaminlərin təsnifatından, təsirlərindən də danışıb: