Braziliya hökuməti braziliyalı mühacirlərin ABŞ-dan deportasiyasına kömək etmək üçün təyyarələr göndərməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieira açıqlama verib.
O, ABŞ rəsmiləri ilə deportasiya uçuşlarının "etik" şəkildə necə aparılacağını müzakirə etməyi planlaşdırdıqlarını bildirib.
Qeyd edək ki, Donald Trampın ABŞ-da prezident vəzifəsinə başlaması ilə mühacirlərin deportasiyası məsələsi yenidən gündəmə gəlib.