AZ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub

Azərbaycanla Türkiyə arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Ankaraya səfər çərçivəsində - Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə baş tutub. Tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsini, ticarət dövriyyəsinin artırılmasını, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsini və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə edib.

Seçilən
15
38
report.az

10Mənbələr