AZ

“Ekoloji məsələlər” üzrə İşçi qrupu ilin yekunlarını müzakirə edib - FOTO

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Ekoloji məsələlər” üzrə İşçi qrupunun müzakirəsi təşkil olunub. 

İşçi qrup Strategiyanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” məqsədi üzrə 2024-cü ildə görülmüş işləri müzakirə edib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən iclasda İşçi qrupun sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Strategiyanın tədbirlər planına uyğun olaraq il ərzində icra edilmiş və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. 


O bildirib ki, ölkəmizdə təşkil olunmuş COP29 beynəlxalq tədbiri bir sıra istiqamətlər üzrə işlərin sürətlənməsinə səbəb olub. Bəzi çağırışların hələ də mövcud olduğunu deyən nazir müavini birgə fəaliyyətin vacibliyini də vurğulayıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov hesabat dövründə icra edilmiş, həmçinin icrası tamamlanmamış tədbirlər barədə məlumat verib.


İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Əbdülrəhim Dadaşov ilin yekunlarına dair monitorinq hesabatını təqdim edib. Sonra ayrı-ayrı məsələlər üzrə icraçı qurumlarla fikir mübadiləsi aparılıb.


“Ekoloji məsələlər” üzrə İşçi qrupda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi,  Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz Şəhər” ASC, Dövlət Neft Şirkəti və AZAL-ın rəhbər şəxsləri təmsil olunurlar.

Seçilən
12
ekologiya.az

1Mənbələr