![](https://www.nuh.az/uploads/posts/2025-01/thumbs/big_1738158638_msk.jpg)
Saat 12:00-a olan məlumata görə, seçicilərin 17,11 faizi (1 milyon 20 min 231 nəfər) səs verib.
“Qafqazinfo”nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
***
Saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 1 473 005 nəfər səs verib, seçici fəallığı 24,71% olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
***
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1 715 291 nəfər səs verib, seçici fəallığı 28.77% faiz olub.