AZ

Rusiya və İrandakı ərazilərimizi belə qaytara bilərik –“Dərbənddən Kəngər körfəzinə qədər …”

 

Son vaxtlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, sərhədlərimizin 1918-20-ci illər vəziyyətinə gətirilməsi tələbi irəli sürülür. Bunun hüquqi əsaslarının olduğu haqqında fikirlər səsləndirilir.

Azərbaycan torpaqları yalnız Ermənistan tərəfindən işğal edilməyib - İran və Rusiyanın da ərazilərimizi öz sərhədlərinə qatdığı məlumdur. Maraqlıdır ki, xüsusilə Rusiya və İranla münasibətlərin kəskinləşdiyi vaxtda bu tezis ortaya atılır. 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildə Türkmənçay müqavilələri xatırlanır.

Deyilir ki, ABŞ Prezidenti Donald Trampın vaxtilə ABŞ-ın olmuş ərazilərə iddia ortaya qoyması Azərbaycana da bu yöndə iddialarla çıxış etməyə hüquqi və mənəvi əsas verir.

Hazırda xəyal kimi görünən bu məsələ nə zamansa gerçəkləşərmi? Dövlətin Qərbi Azərbaycanla bağlı konsepsiyanın, hədəfinin olduğu məlumdur. Ermənilər tərəfindən o torpaqlardan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qaytarılması istiqamətində siyasi-ideoloji işlər görülür. İran və Rusiya tərəfindən işğal edilib, əlimizdən zorla alınan ərazilərlə bağlı da məsələ qalxa bilər?

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinə sahib olduğumuzu hər zaman ifadə etmişik:

faiq

"1918-1920-ci illərdə Azərbaycanın 114 min kvadrat km ərazisi olub. O dönəmdə həmin torpaqları əldə edə bilmişdik. Bütövlükdə Azərbaycan xalqının torpaqları bununla yekunlaşmır. Dərbənddən Kəngər körfəzinə qədər böyük bir coğrafiyanı əhatə edir. 1813-1828-ci il Qacar və Çar Rusiyası arasında gedən müharibələrin nəticəsində torpaqları itirmişik. Qacarlar da türk dövləti idi. 1925-ci ildə böyük güclərin ciddi əməlləri nəticəsində irançı Pəhləvilər hakimiyyətə gəldi. Azərbaycanın ərazilərinin nə qədər geniş olduğu bilirik. İndiki şəraitdə Azərbaycan Respublikası AXC-nin 114 km ərazisinə sahiblənməyimiz, digər torpaqlardan imtina etdiyimiz anlamına gəlmir. 1918-ci ildə Ararat Respublikası da Azərbaycan torpaqları hesabına yaradıldı".

Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan daha sistemli hərəkət edərsə, öz torpaqlarını geri qaytara bilər:

"Qarabağ və Şərqi Zəngəzur kimi Qərbi Zəngəzura, Göyçə, Dərbəndə və digər ərazilərə də sahib çıxmalıyıq. Onlar bizim tarixi torpaqlarımızdır. Böyük qismində hələ də Azərbaycan türkləri yaşayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr