...Rusiyanın Su-57 Felon gizli qırıcısı ixracat gözləntilərini doğrulda bilmir. Qərbin sanksiyaları nəinki Rusiyanın əhəmiyyətli miqdarda təyyarə istehsal etməsinə mane olur, hətta ilk potensial alıcı Çinin də Su-57-yə ehtiyacı yoxdur..?
SİA-nın məlumatına görə, bunu “19fortyfive.com” saytında keçmiş müdafiə və xarici siyasət məsləhətçisi və ABŞ ordusunun keçmiş piyada zabiti Brent M. İstvud məqaləsində yazıb.Müəllif qeyd edib ki,Su-57-nin ixrac uğuru kimi gələcəyi, xüsusən də potensial alıcıların belə mürəkkəb təyyarəyə xidmət göstərərkən qarşılaşdıqları çətinlikləri nəzərə alsaq, qeyri-müəyyən olaraq qalır.
Çin hələ Su-57 üçün ixrac tərəfdaşı deyil və bu qırıcını heç vaxt ala bilməz. Çinlilərin artıq “Felon”a bənzər J-20 adlı gizli qırıcısı var.
İstvud xatırladır ki, Moskva keçən payızda iki “Felon” prototipini Çjuxai aviaşousu üçün Çinə göndərmişdi. Nəticədə, çinlilər “Su-57-yə burunlarını dikdilər” və bildirildilər ki, “təyyarəni onların keyfiyyətsiz quruluşuna və vəziyyətinə görə lağa qoyurlar”.
Əli Babayev