Hindistanda keçirilən “Maha Kumbh” festivalında yaşanan izdihamda 30 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Festivalın keçirildiyi Prayaqrac şəhərinin polis məmuru Vaibhav Krişna 60 yaralının xəstəxanalara çatdırıldığını bildirib.