AZ

Tatarıstanda miqrantlar bu işlərdə çalışa bilməyəcəklər

Rusiyanın Tatarıstan Respublikasında əcnəbi vətəndaşların işləməsinə yeni məhdudiyyətlər tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, Respublika başçısı Rüstəm Minnixanovun fərmanının mətni “Zhest Kazani” teleqram kanalında dərc olunub.

Məlumata görə, miqrantların taksi sürücüsü işləməsi və kompüter təmir etməsi qadağan edilib. Bundan əlavə, onlara baytar həkimi, mühafizəçi kimi işləmək, maliyyə, mühasibatlıq və hüquq xidmətləri göstərmək qadağan olunacaq.

29 yanvar tarixli sənəd rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minir. Onun təsiri yalnız Rusiyada patentlə işləyən əcnəbilərə şamil edilir.


Müəllif: Arzu
Seçilən
4
teleqraf.com

1Mənbələr