AZ

UEFA İsrailə "yox" dedi

UEFA İsrail millisinin ev oyunlarını öz meydanında keçirmək istəyini qəbul etməyib.

Fanat.Az  xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

İsrail Futbol Assosiasiyası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini evdə qəbul etmək üçün UEFA ilə danışıqlar aparıb.

Bununla belə, danışıqlar müsbət nəticələnmədiyi üçün qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2023-cü ildən bu yana İsrail millisinin ev oyunları Qəzza zolağındakı vəziyyətlə əlaqədar neytral stadionlarda keçirilir.

Seçilən
3
fanat.az

1Mənbələr