AZQMƏVŞAİB Füzuli filialının sədr müavini və müstəqil müşahidəçisi olaraq prosesdə iştirak edən Ədalət Sərkərov Əhmədalılar kənd seçki məntəqəsində apardığı müşahidələrə əsasən seçkinin yüksək səviyyədə keçirildiyini vurğulayıb.
“Seçki məntəqəsində müşahidə apardığım müddətdə vətəndaşların fəal iştirakının şahidi oldum. Seçkidə AZQMƏVŞAİB üzvləri də aktiv şəkildə iştirak etdilər. Bu, bir daha göstərir ki, xalqımız ölkənin gələcək inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Seçki prosesinin demokratik və şəffaf şəkildə keçdiyini müşahidə etdim və bütün namizədlərə uğurlar arzulayıram,” – deyə Ədalət Sərkərov bildirib.
Seçkilərin keçirildiyi bütün məntəqələrdə yüksək seçici aktivliyi qeydə alınıb və proses Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə təşkil olunub.