“Respublikaçılar ABŞ Prezidenti Donald Trampın portretini ölkədəki Raşmor dağına həkk etməyi təklif edirlər”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Anna Paulina Luna deyib.
O qeyd edib ki, artıq qranit üzərində oyulmuş Amerika liderləri Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun portretlərinin yanına ölkənin 47-ci prezidentinin fotosunun da əlavə edilməsi ilə bağlı qanun layihəsi təqdim edilib:
“Trampın ölkəmiz üçün əldə etdiyi qeyri-adi nailiyyətlər və bundan sonra da əldə edəcəyi uğur bu simvolik milli abidədə portretinin ən yüksək səviyyədə həkk olunmasına layiqdir”.
Bizim.Media