AZ

Gülben Ergen həmin paylaşıma görə prokurorluğa çağırıldı - Foto

Türkiyəli sənətçi Gülben Ergen cinsi istismara məruz qalan körpə Sıla ilə bağlı paylaşımında yer alan ifadəyə görə, prokurorluğa çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Narin üçün, Rojin üçün, Sıla üçün, incidilən, öldürülən və zorakılığa məruz qalan bütün uşaqlar üçün göstərdiyim səylər ölkəmə borcumdur. Çox məyusam. Evimə prokurorluqdan sənəd göndərilib. Məndən ifadə verməyimi tələb edirlər”, - G.Ergen qeyd edib.

Qeyd edək ki, müğənni sosial şəbəkədə cinsi istismardan sonra Tekirdağ vilayətində həyatını itirən körpə Sıla ilə bağlı paylaşım etdiyini və həmin paylaşımda bu hadisəni törədən şəxslərə qarşı “insan qiyafəsindəki varlıqlar” ifadəsini işlətdiyi üçün sorğu-sual olunacağını qeyd edib.


Seçilən
5
6
qafqazinfo.az

7Mənbələr