AZ

Bakıya qarın yağmamasının əsl səbəbi bilindi – Təhlükə

Son illər Bakıya qar yağmaması birmənalı qarşılanmır. Zaman-zaman mediada iqlim dəyişiklikləri və qlobal istiləşmə barədə çox danışılır, bununla bağlı müxtəlif yazılar dərc olunur. Hətta tez-tez "son 40 ilin ən sərt qışı olacaq, qar yağacaq" kimi xəbərlərə də rast gəlinir. Lakin ortada heç nə yoxdur.

Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, Bakıya qarın yağmamasının səbəbi qolfstrim cərəyanının zəifləməsidir.

O, iqlim dəyişmələrinin baş verdiyini vurğulayıb:

"Bilirsiniz, qolfstrim cərəyanı öz fəaliyyətini yaxşı göstərəndə Bakıya qar yağır. İndi Avropa ölkələri və Rusiya deyir ki, qolfstrim çox zəifləyib. Belə getsə, tamamilə sıfra çata, bundan sonra da qolfstrim cərəyanı əksinə əsə bilər. Bu mənada qolfstrimin zəifləməsi həmin o qar kütlələrinin bizə, ümumiyyətlə, Cənubi Qafqaza, Orta Asiyaya gəlməsini çox zəiflədib".

İqlimşünas deyib ki, hündürlükdə qar yağsa da, bizə yağış gəlib çatmış olur:

"Alimlərimiz nə deyirsə, onunla razılaşırıq. Həm də bilirsiniz, iqlim dəyişmələri baş verib, orta temperatur artıb. Bəlkə də 200-300 metrlikdə qar yağır, amma atmosfer havasına, yəni bizim 100 metrlik havaya çatanda yağışa çevrilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
59
13
olaylar.az

10Mənbələr