Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hazırda məntəqələrdə səslərin sayılmasına başlanılır.
08:00-da start götürən seçkilərin nəticələri yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.
Seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparıb. Onlardan 8504 nəfəri 24 siyasi partiyanın üzvüdür.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.
Xatırladaq ki, son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Müəllif: Məlik Məlikov