AZ

Azərbaycanda bələdiyyə seçkiləri BAŞA ÇATDI

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.

 

Modern.az xəbər verir ki, seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.

 

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.

 

Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.

 

Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

 

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

 

Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçilən
13
34
modern.az

10Mənbələr