Dubay-Moskva reysi ilə hərəkət edən təyyarə Xəzər dənizi üzərində qəza siqnalı verib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Sonradan aydın olub ki, “Boeing 737” təyyarəsi baqaj hissəsində yanğın sensorunun işə düşməsi səbəbindən qəza siqnalı verib.
Təyyarə uçuşunu yarımçıq saxlayaraq təhlükəsiz şəkildə Həştərxana eniş edib. Xəsarət alan yoxdur.