AZ

Konseysau ÇL matçından öncə nə danışdı?

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci - sonuncu turunda Zaqreb "Dinamo"sunun qonağı olacaq "Milan"ın baş məşqçisi Serjiu Konseysau bu gün baş tutacaq oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Bir çox aspektlərdə oyunumuzu yaxşılaşdırmalıyıq. Bəzən yaxşı təsir bağışlayırıq, bəzən yox. Adətən əks-hücumlar zamanı əziyyət çəkirik. Bəzən topla düzgün hərəkət etməyi bacarmırıq. 

Çempionlar Liqasının qalibi olmaq barədə düşünürükmü? Qarşımıza belə uzaq məqsədlər qoysaq, önümüzdəki problemləri görə və yıxıla bilərik".

Qeyd edək ki, 15 xalı olan "Milan" Çl-in turnir cədvəlində 6-cı, "Dinamo" isə 8 xalla 26-cı yerdədir.

Nihat
 

Seçilən
1
fanat.az

1Mənbələr