Bakı.Trend:
ABŞ-də özəl şirkət tərəfindən yaradılan təyyarə tarixdə ilk dəfəolaraq səs sürəti həddini aşıb.
Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, yanvarın 28-də Kaliforniya ştatının Mohavesəhrasında keçirilən sınaqda “Boom Supersonic” şirkətinin “XB-1”təyyarə prototipi səs sürətini 3 dəfə aşaraq 1,122 max sürətə nailolub. Supersonik təyyarəni ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmişpilotu Tristan Brandenburq idarə edib.
Qeyd edək ki, beynəlxalq vahid sisteminə görə 1 Max - 1226,5km/saat (340 metr/saniyə) olaraq müəyyənləşdirilir.