İsveç və Latviya arasında sualtı kabelə qəsdən ziyan vurmaqda şübhəli bilinərək İsveçdə saxlanılan Bolqarıstan gəmisi ilə bağlı vəziyyət bolqar diplomatların nəzarətindədir.
Oxu24.com bu barədə Bolqarıstanın xarici işlər naziri Georgiyevin mətbuat konfransına istinadən xəbər verir.
“Mənim göstərişimlə konsulumuz hadisə yerinə gedib və Bolqarıstan vətəndaşlarına hərtərəfli yardım göstərməyə hazırdır. Biz gözləyirik ki, o, gəmiyə minmək üçün icazə alacaq və müvafiq olaraq, matroslarla əlaqə saxlaya biləcək”, - Georgiyev bildirib.
Bolqarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, nə gəmi, nə də ekipaj rəsmi olaraq həbs olunmayıb, onlara heç bir cinayət ittihamı da verilməyib – ekipaj üzvləri İsveç daxilində sərbəst hərəkət edə bilərlər.
Bundan əvvəl Latviyanın baş naziri Evika Silina bildirmişdi ki, Riqa Baltik dənizində Latviya və İsveç arasında sualtı kabelin zədələnməsi yerindən ilk videogörüntüləri alıb.
Yanvarın 26-da Latviya və İsveç arasında keçən sualtı fiber optik kabel, ehtimal ki, xarici təsir nəticəsində zədələnib. Bundan sonra Silina məsul xidmət və nazirliklərin iştirakı ilə müşavirə çağırıldığını açıqlayıb.
Daha əvvəl İsveçdə saxlanılan gəminin operatoru təxribat ehtimalını təkzib etmişdi.
Nigar