AZ

ABŞ-dan Çinə qarşı QADAĞA

ABŞ Hərbi Dəniz Qüvvələri öz şəxsi heyətinə Çinin süni intellekt modelindən istifadəni qadağan edib. Təlimatlar “DeepSeek-R1”in beynəlxalq buraxılışından sonra verilib.

Demokrat.az
xəbər verir ki, donanma personalına e-poçt vasitəsilə xəbərdarlıq göndərilib. 

Xəbərdarlıqda deyilib ki, “DeepSeek” süni intellekt modelinin mənşəyi və istifadəsi ilə bağlı təhlükəsizlik riskləri var.

ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü təlimatın düzgünlüyünü təsdiqləyib.

Yanvarın 20-də buraxılan “DeepSeek-R1” qısa müddətdə bütün dünyada geniş istifadə olunmağa başlayıb və ABŞ-da “ChatGPT”ni geridə qoyub. 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
17
43
demokrat.az

10Mənbələr