Avropa İttifaqının Ermənistandakı missiyası iki il uzadılıb.
Modern.az xəbər verir ki, bu barədə “News.Armenia” məlumat yayıb.
Aİ-nin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə- 2027-ci il fevralın 19-dək uzatmağa razılaşıblar.
Qeyd edək ki, missiyanın tərkibi və üzvlərinin sayı dəyişməz qalıb. Hazırda 165 xarici və 44 yerli müşahidəçi daxildir.