AZ

Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var

Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

İlkin məlumata görə, Hərəkətdə olan “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşıb.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Ölənlərdən 3-ü azyaşlıdır, onlardan ikisi bir ailənin üzvüdür.

Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
11
ikisahil.az

10Mənbələr