AZ

ÇL-də növbəti püşk nə vaxt atılacaq?

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü yanvarın 31-də atılacaq.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, püşkatma Liqa mərhələsini 9-24-cü pillələrdə başa vurmuş 16 komanda arasında baş tutacaq. 

1/8 final, 1/4 final və yarımfinal mərhələsinin püşkatma mərasimi fevralın 21-də Nyonda keçiriləcək. 

Final matçı isə mayın 31-də olacaq.

Qeyd edək ki, “Liverpul”, “Barselona”, “Arsenal”, “İnter”, “Atletiko”, “Bayer 04”, “Lill” və “Aston Villa” birbaşa turnirin 1/8 finalına yüksəlib.

“Atalanta”, “Borussiya Dortmund”, “Real Madrid”, “Bavariya”, “Milan”, PSV, PSJ, “Benfika”, “Monako”, “Brest”, “Feyenoord”, “Yuventus”, “Seltik”, “Mançester Siti”, “Sportinq” və “Brügge” isə pley-off mərhələsində mübarizə aparacaq.

Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi İspaniya “Real Madrid”dir.

Seçilən
3
1
qafqazinfo.az

1Mənbələr