AZ

Meydana çıxan uşağın bu hərəkəti aləmi bir-birinə qatdı - Foto

A Seriyasının “Latsio” – “Fiorentina” matçından maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, ənənəvi olaraq matç başlamazdan əvvəl futbolçular meydana uşaqlarla birlikdə çıxıb. Onların üzərində irqçiliyə qarşı “İrqçiliyi kənarda saxlayın” (Keep Rasicm Out) yazılmış xüsusi köynəklər geyinib.

Lakin mərasimin balaca iştirakçılarından biri köynəyini şalvarının içərisinə qərarına gəlib. Bu, təsadüfən yazının mənasını dəyişib. Nəticədə mətnin yalnız bir hissəsi görünən qalıb ki, bu da ilkin mesajdan fərqli olaraq əks məna verib.

Kameralar bu anı lentə alıb. Sosial şəbəkə istifadəçiləri foto və videoları aktiv şəkildə paylaşmağa başlayıblar. Bəziləri zarafatla qızın sadəcə səliqəli görünmək istədiyini, digərləri isə belə hadisələr zamanı detalları yoxlamağın vacibliyini qeyd ediblər.

Seçilən
32
publika.az

1Mənbələr