AZ

Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib

"Telegram"ın qurucusu Pavel Durov Çinin süni intellekt modeli "DeepSeek"in uğurundan sonra ABŞ-də orta təhsil sistemində köklü islahatların aparılmasına çağırıb.

hakimiyyet.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

O əmindir ki, əks halda Çinin texnologiyada üstünlüyü qaçılmaz olacaq.

"Çinin "DeepSeek" startapının uğurundan sonra bir çoxları bu ölkənin süni intellekt sahəsində ABŞ-yə nə qədər tez çatdığına təəccüblənir. Bununla belə, Çinin alqoritmik effektivlikdə irəliləyişi boş yerə baş verməyib. Çin məktəbliləri artıq çoxdan digərlərini riyaziyyat və proqramlaşdırma üzrə beynəlxalq olimpiadalarda qabaqlayır" - Durov qeyd edib.

Onun sözlərinə görə, Çində orta təhsil sistemi Qərbdəkindən üstündür: ölkə tələbələr arasında sərt rəqabəti təşviq edir, sahibkarın sözlərinə görə, bu, sovet modelindən götürülüb. Eyni zamanda, Qərb məktəblərinin əksəriyyəti rəqabəti təşviq etmir, şagirdlərin qiymətlərinin və reytinqlərinin paylaşılmasını qadağan edir.

Seçilən
8
hakimiyyet.az

1Mənbələr