Vaşinqton, 30 yanvar, AZƏRTAC
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
AZƏRTAC-ın CNN-ə istinadla verdiyi məlumata görə, Ağ evin mətbuat katibi Kerolayn Livitt Prezident Donald Trampın Vaşinqtonun Reyqan hava limanı yaxınlığında hərbi helikopter və təyyarənin toqquşması bağlı məlumatlandırıldığını təsdiqləyib.
07:32
ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub.
AZƏRTAC-ın məlumatına görə, təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. O, hərbi helikopterlə toqquşub.
Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Hələlik heç bir itki barədə məlumat yoxdur.
Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton