AZ

ABŞ-də 64 nəfəri daşıyan təyyarə helikopterlə TOQQUŞDU

ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub.

 

Modern.az-ın məlumatına görə, təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. O, hərbi helikopterlə toqquşub.

 

Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Hələlik heç bir itki barədə məlumat yoxdur.

 

Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır

 

“American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

 

Ağ evin mətbuat katibi Kerolayn Livitt Prezident Donald Trampın Vaşinqtonun Reyqan hava limanı yaxınlığında hərbi helikopter və təyyarənin toqquşması ilə bağlı məlumatlandırıldığını təsdiqləyib.

 

ABŞ müdafiə departamenti rəsmisinin dediyinə görə, sərnişin təyyarəsi ilə toqquşan ABŞ ordusuna məxsus “Black Hawk” helikopterində üç nəfər ekipaj üzvü olub. Helikopter yüksəkrütbəli şəxsi daşımayıb. Qeyd olunur ki, yüksəkrütbəli ordu rəsmiləri adətən Vaşinqtona “Black Hawk” helikopterində gəlirlər.

Seçilən
6
43
modern.az

10Mənbələr