AZ

ABŞ bu tələbələri ölkədən qovacaq - Tramp fərman imzaladı, 3 quruma tapşırıq verdi

ABŞ prezidenti Donald Tramp Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiyasına qanuni zəmin yaradan fərman imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “antisemitizmlə mübarizə” məqsədiyləı imzlanan fərmanda Tramp 2019-cu ildə verdiyi fərmana dəyişiklik edib.

Tramp bildirib ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayan Qəzza savaşından sonra ABŞ-da universitet kampuslarında yəhudi tələbələrin aylarla sürən tətillərinə daha səssiz qalmayacaqlar: "Antisemitizmlə şiddətli mübarizə aparılacaq, bütün mövcud və müvafiq hüquqi vasitələrdən istifadə ediləcək, anti-semitizmin günahkarları məsuliyyətə cəlb olunmaqla, ölkədən qovulacaq. Bu məqsədlə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Polisə antisemitizm fəaliyyətində iştirak edən əcnəbi tələbələrlə bağlı hesabatların hazırlanması, birgə fəaliyyət göstərmələri, zəruri hallarda belə şəxslərin aşkarlanaraq dərhal deportasiyası üçün tədbirlər görmələri tapşırılıb".

Lamiyə ƏHMƏDLİ
MİA.AZ

Seçilən
16
mia.az

1Mənbələr