Ədəbiyyatda susqunluq mövzusunda müxtəlif anlayışlar mövcuddur. Onlardan ən populyarı, “fırtınaöncəsi susqunluq”dur. Lakin bir susqunluq da var ki, heç birinə bənzəmir. Bu, Elşad Nəsirov susqunluğudur.
Tanıyanlar, bilənlər söylərlər ki, onsuz susqun idi. Elədir, gəl ki, budəfəki bənzərsizdir.
İcraiyyə Komitəsinin iclaslarına gəlmir, AFFA-nın yeni strategiya layihəsinə “barmaq etmək” eşqinə düşməyib, “avtokratiyasının” eninə və dərinə lokallaşdığı sezilir və s.
Xüsusən, milli komandanın İsveç səfərində 0:6 hesablı məğlubiyyəti, Millətlər Liqasının D divizionuna yuvarlanmasından sonra Santuşunu da qoltuğuna vurub… Şifrələnib.
Şifrələnmiş susqunluq isə açılmamış qumbara kimidir. Hər an partlayış ola bilər…