AZ

ABŞ mindən çox Sovet və Yuqoslaviya vətəndaşını deportasiya etməyə hazırlaşır

ABŞ-da Sovet İttifaqı və Yuqoslaviya pasportuna malik 1182 nəfərin deportasiya ediləcəyi gözlənilir.

Editor.az Fox News televiziyasının məlumatına istinadla xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bəyanat yayıb. Xəbərdə deyilir ki, dekabr ayında ICE deportasiya edilməsi planlaşdırılan, lakin saxlanılmayan əcnəbilərin sayı ilə bağlı məlumat istəyib. Dövlət qurumunun cavabında 24 noyabr 2024-cü il tarixinə İCE tərəfindən saxlanılmayan 1 milyon 445 min 549 nəfərin deportasiyası ilə bağlı qərarların verildiyi bildirilib. Məlum olub ki, onların arasında artıq mövcud olmayan ölkələrin pasportlarına sahib olanlar da olub. ICE-nin verdiyi məlumata görə, deportasiya olunacağı gözlənilənlər arasında 845-i Yuqoslaviya, 337-si Sovet İttifaqı, 254-ü isə Çexoslovakiya vətəndaşıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yeni prezidentlik dövründə ilk çıxışında icazəsiz immiqrantların ABŞ-a girişinə dərhal son qoyacağını və milyonlarla icazəsiz immiqrantın deportasiya prosesinə başlayacağını vəd edib.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
5
editor.az

1Mənbələr