“Qalatasaray” mərakeşli oyunçu Hakim Ziyeşlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Ziyeş 2023-cü ilin yayından “Qalatasaray”da çıxış edirdi. O, “sarı-qırmızılılar”ın heyətində 34 oyuna çıxıb, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.