Müdafiə Nazirliyində yeyintilərlə bağlı həbs olunmuş Rəhim Laçınov ev dustaqlığına buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.
Məhkəmə onun vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatərlərini əsaslı hesab edib.
Qeyd edək ki, R.Laçınov və E.Məmmədovötən ilin avqustunda həbs edilmişdilər.
Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəm və ya israf etmə) və 32.5, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işində Şahin Əbülfəz oğlu Cəfərov zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Rəhim Laçınov daha əvvəl Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin işinə şahid kimi cəlb edilib.
O, sonuncu ifadəsində nazirliyin bütün təmir-bərpa işlərinin müqavilə bağlanan şirkətlər tərəfindən görüldüyünü bildirmişdi: “Tender elan edirdik. Hansı şirkət qalib gəlsə, lazım olan təmir işini də o görürdü. Şirkətlərlə müqavilə bağlayanda sənədləşmədə müfəttişlər iştirak edirdi. Şirkətlərə köçürülən puldan da müəyyən qədər “otkat” kimi geri qaytarılırdı”.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.
Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.